İspaniyalı qapıçı daha 3 il "Fiorentina"da oynayacaq

Xəbərlər
31 May 2025 01:54
57
İspaniyalı qapıçı daha 3 il "Fiorentina"da oynayacaq

"Fiorentina" qapıçı David De Xea ilə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı açıqlama yayıb.

İspaniyalı qapıçı ilə yeni razılaşma 2028-ci ilin yayında kimi nəzərdə tutulub. 34 yaşlı De Xea ötən mövsüm komandaya qoşulub.

Qeyd edək ki, De Xea 42 oyunda qapısından 50 top buraxıb. O, cəmi 11 oyunda qapısınl toxunulmaz saxlaya bilib.

İdman.biz