Kriştiano Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalayıb

Xəbərlər
30 May 2025 19:17
40
Kriştiano Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalayıb

Kriştiano Ronaldo "Əl-Nəsr"də qalacaq.

İdman.biz xəbər verir ki, portuqaliyalı hücumçu klub rəhbərliyi ilə danışıqları yekunlaşdırıb.

Footmercato-nun yazdığına görə, 40 yaşlı futbolçu "Əl-Nəsr"lə müqavilə imzalayıb. Razılaşmanın detalları barədə məlimat verilməyib. Ronaldo klublararası dünya çempionatında iştirak etmək arzusundadır və onun "Əl-Hilal"a icarəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Kriştiano "Əl-Nəsr"in heyətində 41 oyunda 35 dəfə fərqlənib.

İdman.biz