Desire Due Çempionlar Liqasının tarixinə düşüb

Xəbərlər
1 İyun 2025 00:20
55
Desire Due Çempionlar Liqasının tarixinə düşüb

Çempionlar Liqasının finalında fərqlənən PSJ-nin cinah hücumçusu Desire Due tarixə düşüb.

İdman.biz xəbər verir ki, o, turnirin həlledici matçında fərqlənən 3-cü ən gənc futbolçu olub.

19 yaşlı Dueyə kimi "Ayaks"da Partik Klyuvert (1995) və "Portu"da Karlos Alberto (2004) finalda fərqlənən gənclər olmuşdular.

Bundan başqa, Desire ÇL-in həlledici matçında həm ötürmə verib, həm də fərqlənən 6-cı oyunçudur. O, bu uğura nail olan ən gənc futbolçudur.

Qeyd edək ki, 12-ci dəqiqədə Hakimiyə ötürmə ilə yadda qalan Due 8 dəqiqə sonra özü fərqlənib. Desire fasilədən sonra daha bir dəfə fərqlənib.

İdman.biz