"Liverpul" təkliifi 130 milyona yüksəldib

Xəbərlər
30 May 2025 18:57
38
"Liverpul" təkliifi 130 milyona yüksəldib

"Liverpul" Florian Virtsin transferi üçün təklif olunan məbləğini bir az da artırıb.

İdman.biz xəbər verir ki, "qırmızılar" gənc yarımmüdafiəçiyə 130 milyon ödəməyə hazırdırlar.

Hələlik, futbolçunun çıxış etdiyi "Bayer"in bu təklifə hansı cavab verdiyi bəlli deyib. "Liverpul" məbləği həm bonuslarla, həm də birbaşa ödəməyi təklif edib.

Qeyd edək ki, Virts "Real" və "Bavariya"nın təklifindən imtina edib. O, başa çatmış mövsümdə Leverkuzen klubunun heyətində 45 matçda 16 qol vurub, 15 ötürmə verib.

İdman.biz