"Napoli" Konte ilə razılaşıb - RƏSMİ

Xəbərlər
30 May 2025 01:19
61
"Napoli" Konte ilə razılaşıb - RƏSMİ

İtaliya çempionu "Napoli" baş məşqçi Antonio Konte ilə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə Neapol klubu açıqlama yayıb.

Nepollular sosial şəbəkə hesablarında "Yenidən səninlə" adı ilə videoçarx paylaşıblar. Bununla da, Konte ilə yeni razılaşma əldə olunduğu açıqlanıb. 55 yaşlı mütəxəsisin maliyyə məsələləri üzündən komandanı tərk edəcəyi deyilsə də, rəhbərliklə danışıqlar uğurla yekunlaşıb.

Qeyd edək ki, "Napoli" Kontenin rəhbərliyi ilə 2024/2025 mövsümündə İtaliya çempionu olub.

İdman.biz