NBA ulduzu Kriştiano Ronaldonu Yunanıstana çağırır

Xəbərlər
28 May 2025 20:24
38
NBA ulduzu Kriştiano Ronaldonu Yunanıstana çağırır

NBA ulduzu Yannis Adetokunbo portuqaliyalı ulduza müraciət edib.

İdman.biz xəbər verir ki, o, portuqaliyalı ulduzu Yunanıstanda oynamağa dəvət edib.

Yunanıstan yığmasının basketbolçusu Ronaldoya ölkəsinin klublarından birinə keçməyi məsləhət görüb. "Gəl, Yunanıstanda oyna, dahi. "Olimpiakos", "Panatinaikos", AEK və ya PAOK-da", deyə Yannis sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Kriştianonun "Əl-Nəsr"lə müqaviləsi bitib. Komandanın uğursuz çıxından sonra portuqaliyalının komandanı tərk edəcəyi xəbərləri yayıb.

İdman.biz