Millimiz yarımfinalda Monteneqro ilə qarşılaşacaq

Xəbərlər
29 May 2025 23:10
74
Millimiz yarımfinalda Monteneqro ilə qarşılaşacaq

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı yarımfinalçılar bəlli olublar.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması uğurlu çıxışını davam etdirib.

1/4 finalda İngiltərədən güclü olan komandamızın növbəti rəqibi Monteneqro olacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Yarımfinalın digər cütündə Serbiya və Macarıstan yığmaları qarşılaşacaqlar.

Qeyd edək ki, dünya çempionatının final matçı bazar günü keçiriləcək.

İdman.biz