PSJ-dən qızıl dubl

Xəbərlər
25 May 2025 01:23
42
PSJ-dən qızıl dubl

Fransa çempionu PSJ 2024/2025 mövsümündə növbəti titulunu qazanıb.

İdman.biz xəbər verir ki, Paris təmsilçisi ölkə kubokunun qalibi olub.

Parislilər həlledici qarşılaşmada "Reyms"lə qarşılaşıblar. "Stad de Frans"da keçirilən qarşılaşmanın taleyi birinci hissədə həll olunub. İki dəfə Barkola, bir dəfə isə Hakimi fərqlənib. Oyun 3:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, PSJ mövsümdə daha bir titul qazana bilər. Luis Enrikenin komandası Çempionlar Liqasının finalında mayın 31-də "İnter"lə qarşılaşacaq.

İdman.biz