"Çelsi" "Brayton"un hücumçusu Joao Pedro maraqlanır.
İdman.biz xəbər verir ki, London klubu qarşı tərəfə 60 milyon avro təklif edəcək.
"Zadəganlar" 23 yaşlı braziliyalı futbolçu iyunun 15-də start götürəcək klublararası dünya çempionatına kimi transfer etmək arzusundadırlar. "Çelsi" artıq Pedronun keçidi ilə bağlı "Brayton" ilkin danışıqlar aparıb, hələlik, tərəf ortaq məxrəcə gəlməyiblər.
Qeyd edək ki, Joao İngiltərə Premyer Liqasında 2024/2025 mövsümündə 27 oyunda 10 qol vurub və 6 ötürmə edib. Onun "Brayton"la 2028-ci ilin yayına kimi müqaviləsi var.
İdman.biz