Daha əvvəl braziliyalı mərkəz müdafiəçisi Ronaldo Rodrigesin transferini reallaşdıran "İmişli" klubu heyətinə daha bir legioner futbolçu cəlb edib.
İdman.biz xəbər verir ki, Premyer Liqanın debütantı onun həmyerlisi Rafael Vieqasla güclənib.
31 yaşlı sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı futbolçu bundan əvvəl, əsasən, Portuqaliya və Çexiyanın aşağı divizion komandalarında çıxış edib.
İdman.biz