Bu gün UEFA Konfrans Liqasında növbəti matçlar keçirilib
İdman.biz xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 22 qarşılaşma baş tutub.
Günün ən məhsuldar qarşılaşması Gürcüstandı qeydə alınıb. “Torpedo” - “Ordabası” matçı meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkə daha bir təmsilçisi “Dila” Lüksemburqda "Rasinq"ə qalib gəlib.
Gürcülərdən fərqli Ermənistanın hər iki təmsilçisi mərhələnin ilk oyunlarını məğlub başa vurub.
UEFA Konfrans Liqası
10 iyul
I təsnifat mərhələsi, ilk oyunlar
18:00. “Atletik Eskaldes” (Andorra) – “Düdelanj” (Lüksemburq) - 2:0
19:00. “Maqpies” (Cəbəllütariq) - “Payde” (Estoniya) - 2:3
20:00. “Jalgiris” (Kaunas, Litva) – “Penibont” (Uels) - 3:0
20:00. SJK (Finlandiya) - “Klaksvik” (Farer adaları) - 1:2
20:00. “Torpedo” (Gürcüstan) - “Ordabası” (Qazaxıstan) - 4:3
20:30. “Rasinq” (Lüksemburq) - “Dila” (Gürcüstan) 1:2
20:30. “Urartu” (Ermənistan) - “Neman” (Belarus) - 1:2
20:45. “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) - 1:1
22:00. “Birkirkara” (Malta) – “Petroklub” (Moldova) - 1:0
22:00. “Deçiç” (Monteneqro) – “Sileks” (Şimali Makedoniya) - 2:0
22:00. "Vlazniya" (Albaniya) - “Dauqavpils” (Latviya) - 0:1
22:00. “Torpedo” (Belarus) – “Rabotniçki” (Şimali Makedoniya) - 3:0
22:15. "Malişeva" (Kosovo) - “Vikinqur” (İslandiya) - 0:1
22:30. “Sutyeska” (Monteneqro) - “Dinamo” (Brest, Belarus) - 1:2
22:30. “Vardar” (Şimali Makedoniya) – “La Fiorita” (San Marino) - 3:0
22:30. “Jeljezniçar” (Bosniya və Herseqovina) – “Koper” (Sloveniya) - 1:1
22:45. “Runavik” (Farer adaları) – HİK (Finlandiya) - 4:0
22:45. “Sent Patriks” (İrlandiya) – “Heqelman” (Litva) - 1:0
23:00. “Boraç” (Bosniya və Herseqovina) – “Santa Koloma” (Andorra) - 1:4
23:00. “Tre Fyori” (San Marino) – “Pünik” (Ermənistan) - 1:0
23:00. “Larne” (Şimali İrlandiya) – “Auda” (Latviya) - 0:0
00:00. “Valyur” (İslandiya) – “Flora” (Estoniya) - 3:0
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk iki görüşü iyulun 8-də olub. Azərbaycanı bu yarışda təmsil edəcək "Zirə" ilə "Araz-Naxçıvan" isə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.
İdman.biz