"Mançester Yunayted" ardıcıl iki dəfə Avropa kuboklarının finalında uduzub.
İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" 2021-ci ildə Avropa Liqasının həlledici matçında "Vilyarraeal"a məğlub olmuşdular.
İspan təmsilçisinə penalti seriyasında boyun əyən Mançester təmsilçisi qitə yarışlarında son uğurunu 2017-ci ildə əldə edib. O vaxt Joze Mourinyonun başçılıq etdiyi komanda finalda "Ayaks"dan güclü olub.
"Mançester Yunayted" Avropa Liqasının bu mövsümündə finala kimi məğlubiyyətsiz irəliləmişdi. Komanda "Tottenhem"lə qarşılaşanadək 9 qələbə qazanıb, 5 dəfə heç-heçə oynamışdı. Uğurlu seriyaya kubokun bir addımlığında son qoyulub.
Finaldakı məğlubiyyət həm də "qırmızı şeytanlar"ı 2025/2026 mövsümündə avrokuboklardan kənarda qoyub. İngiltərə Premyer Liqasını 17-ci pillədə başa vuran mankuianlılar bütün yarışları mükafatsız başa vurublar.
İdman.biz