“Sevincli anlar yaşayırıq”.
Bunu İdman.biz-ə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis komandasının Azərbaycan Premyer Liqasının qalibi olmasından danışıb. O bildirib ki, Ağdam təmsilçisinin hədəfləri böyükdür: “Bizi rəqiblər dəyişməyə məcbur edir. Çünki hər bir rəqib bizə qarşı daha ciddi olur və biz də bu məsuliyyəti hiss edirik. Biz daha böyük klub olmaq istəyirik, bunun üçün isə çoxlu titullar əldə etmək lazımdır. Daha bir titul əldə etdik. Futbolçularıma görə çox sevincliyəm. Bəzi futbolçular bir neçə dəfə titul əldə etməsinə baxmayaraq, bu gün də onlarda çempionluq istəyini gördüm. Onlara hər şeyə görə təşəkkür edirəm”.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm başa çatmasa da, çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib. Ağdam təmsilçisi 86 xalla turnir cədvəlinin lideridir.
Aytac Sahəd
İdman.biz