"Barselona" və Hans-Diter Flik arasında yeni müqavilə

Xəbərlər
21 May 2025 22:35
36
"Barselona" və Hans-Diter Flik arasında yeni müqavilə

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Barselona" almaniyalı mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq anlaşmanı daha bir il müddətinə uzadıb.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında bu mövsümdə La Liqa, ölkə kuboku və superkuboku tiltullarını qazanıb.

İdman.biz