Kriştiano Ronaldo karyerasını Mərakeş klubunda davam etdirə bilər.
İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz "Vidad" klubunun maraq dairəsinə düşüb.
Klublararası dünya çempionatında (KDÇ) çıxış edəcək mərakeşliləri Ronaldonun xitmətindən istifadə etmək istəyirlər. Kriştianonun hazırki klubu "Əl-Nəsr"dəki gələcəyi sual altına düşüb. Səudiyyə Ərəbistanı çempionu ola bilməyəm komanda Asiya Çempionlar Liqasından da kənarda qalıb. Bu amil onunla əməkdaşlığa son verilməsini gündəmə gətirib.
"Vidad" mudilalda "Mançester Siti", "Yuventus" və "Əl-Ayn"la eyni qrupda yarışacaq.
Qeyd edək ki, Ronaldo ilə Braziliya klublarının da maraqlandığı xəbərlər var.
İdman.biz