Conatan David mövsümün sonunda "Lill"i tərk edəcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, Kanada yığmasının hücumçusu müqavilənin yeniləməkdən imtina edib.
25 yaşlı futbolçu ilə "Napoli" və "Fənərbaxça"nın maraqlandığı xəbərləri yayılıb. 2020-ci ildən "Lill"də çıxış edən edən David 231 oyunda 109 qol vurub, 30 ötürmə verib.
Qeyd edək ki, Conatan komandanın heyətində 2021-ci ildə Fransa çempionu və Superkuboku titullarını qazanıb.
İdman.biz