"Sampdoriya"nın süqutu davam edir - C Seriyasında

Xəbərlər
14 May 2025 01:57
30
"Sampdoriya"nın süqutu davam edir - C Seriyasında

"Sampdoriya" İtaliya futbol çempionatlarının C Seriyasına düşüb.

İdman.biz xəbər verir, bu, klubun tarixində ən pis nəticədir.

Genuya təmsilçisi 2022/2023 mövsümündə A Seriyasını tərk etmişdi. B Seriyasında iki mövsüm keçirən "Sampdoriya" son turda qələbə qazana bilməyərək, daha bir aşağı liqaya yuvarlanıb. Komanda səfərdə "Yuve Stabile" ilə heç-heçə oynayıb - 0:0.

Qeyd edək ki, "Sampdoriya" B Seriyasını 38 turdan sonra 41 xalla 18-ci pillədə başa vurub.

İdman.biz