"Mançester Siti"dən ayrılacaq Kevin De Bruyne "Real"a təklif olunub.
İdman.biz xəbər verir ki, İspaniya mətbuatı onun maaşının yarıya qədər azaldılmasına razı olduğunu yazıb.
Belçikalı yarımmüdafiəçi İngiltərədə ilə 16 milyon avro qazanır. Kevinin "Real"da ilə 7-8 milyon məvacibə oynaya biləcəyi irəli sürülüb. Onun meydanın mərkəzində Toni Kroosun gedişindən sonra yaranmış boşluğu dolduracağı ehtimal olunur.
Qeyd edək ki, De Bruyne bu mövsümdə "Mançester Siti"də 37 oyunda 6 qol vurub, 8 ötürmə verib. O, yayda komandanı tərk edəcəyni açıqlayıb.
İdman.biz