Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcəyi sual altına düşüb.
İdman.biz xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı ulduza yeni müqavilə təklifindən vaz keçə bilər.
Komandanın son zamanlardakı uğursuz nəticələri və futbolçunun davranışları səudiyyəliləri düşünməyə vadar edir. Az əvvəl mətbuatda tərəflərin yeni ikiillik müqavilə ilə bağlı razılıq əldə etdikləri xəbərləri yayılıb. Amma "Əl-Nəsr" Asiya Çempionlar Liqasının yarımfinalında "Kavazaki Frontale"yə uduzması ciddi suallar yaradıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın son turunda "Əl-İttihad"a 2:3 hesablı məğlubiyyətdən sonra əsəbi şəkildə stadionu tərk edib və bu, klub rəhbərliyinin xoşuna gəlməyib.
İdman.biz