Fabias Ruis PSJ - "Arsenal" matçının 27-ci dəqiqəsində hesabı açaraq, tarixə düşüb.
İdman.biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasında ilk dəfə fəqlənib.
29 yaşlı futbolçu turnirdə keçirdiyi 46-cı oyunda bu uğura imza atıb. 2022-ci ildən PSJ-də oynayan Ruis bundan əvvəl "Napoli"nin heyətində Çempionlar Liqasında forma geyinib.
Dünən "İnter"in heyətində Açerbi turnirdə ilk qolunu vurub və komandası həlledici matça vəsiqə qazanıb.
Qeyd edək ki, Paris təmsilçisi "Arsenal"ı hər iki oyunda (1:0, 2:1) məğlub edərək, finalda "İnter"ə rəqib olub.
İdman.biz