"Haydenhaym"ın qapıçısının beyni silkələnib

Xəbərlər
3 May 2025 18:26
211
"Haydenhaym"ın qapıçısının beyni silkələnib

"Haydenhaym"ın qapıçısı Kevin Müllerə beyin silkələnməsi diaqnozu qoyulub.

İdman.biz xəbər verir ki, o, Almaniya Bundesliqasının 32-ci turunun "Boxum"la keçirilən açılış matçında zədələnib.

Görüşün 49-cu dəqiqəsində rəqib futbolçu İbrahim Sissoko ilə toqquşan Müller başından güclü zərbə alıb. Təxminən 10 dəqiqəlik ilk müayinədən sonra qapışı təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

İdman.biz