Asiya Çempionlar Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.
İdman.biz xəbər verir ki, həlledici oyunda "Əl-Əhli" (Səudiyyə Ərəbistanı) ilə "Kavazaki Frontale" (Yaponiya) qarşılaşıb.
Qarşılaşma favoriti olan ərəblər 2:0 hesabı ilə qalib gəliblər. Birinci hissədə Qaleno və Kessei fərqləniblər. "Əl-Əhli" tarixində ilk dəfə turnirin qalibi olub. Komanda bundan əvvəlki iki finalda titulsuz qalmışdı.
"Kavazaki Frontale" isə ilk dəfə çıxış etdiyi finalda məğlubiyyət acısı yaşayıb.
İdman.biz