Seriya dayandırılıb - PSJ səfərdə məğlubedilməz deyil

Xəbərlər
4 May 2025 10:44
244
Seriya dayandırılıb - PSJ səfərdə məğlubedilməz deyil

Liqa 1-də PSJ-nin 39 səfər matçından ibarət məğlubiyyətsiz seriyası (30 qələbə və 9 heç-heçə) dayandırılıb.

İdman.biz xəbər verir ki, "Strasburq" Fransanın çempionatının 32-ci turunda Paris təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

"Opta"nın məlumatına görə, bu, Avropanın beş aparıcı milli çempionatında (Premyer Liqa, La Liqa, A Seriyası, Bundesliqa, Liqa 1) ən uzun belə seriya olub.

Qeyd edək ki, qitənin ən güclü liqalarında çıxış edən komandalardan "Bayer"in səfərdə 15 və "Arsenal"ın isə 12 oyunluq məğlubiyyətsiz seriyaları hazırda davam edir.

İdman.biz