Azərbaycan millisinin futbolçusu Özan Can Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.
İdman.biz Football.az-a istinadən xəbər verir ki, 27 yaşlı vinger az oynamaq şansı qazandığı üçün müqaviləsinə xitam verilməsini istəyib.
Özan Can Kökçü 2024-cü ilin yayında Niderlandın “Eyndhoven” klubundan transfer edilmişdi. O, HİK-in heyətində ümumilikdə 26 oyunda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz