"Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə qeydə aılnmış 1:1 hesablı heç-heçəni şərh edib: "Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik. Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi".
Qeyd edək ki, "Sabah" mövsümdə 17-ci dəfə xalları yarıya bölüb.
İdman.biz