"Liverpul" Makalisteri 100 milyon avroya satacaq

Xəbərlər
29 Aprel 2025 21:43
117
"Liverpul" Makalisteri 100 milyon avroya satacaq

"Real"ın "Liverpul"da çıxış edən Aleksis Makallister maraqlandığı xəbərləri çoxdan yayılıb.

İdman.biz xəbər verir ki, "qırmızılar"ın tələb etdiyi transfer məbləği məlum olub.

"Liverpul" 100 milyon avro qarşılığında argentinalı yarımmüdafiəçinin keçidinə yaşıl işıq yandıracaq. Madridlilər 26 yaşlı futbolçunu karyerasının qürub çağını yaşayan Luka Modriçə layiqli əvəzləyici kimi görürlər.

Qeyd edək ki, Aleksis bu mövsümdə 47 oyunda 7 qol vuruv, 5 ötürmə verib. O, iki gün əvvəl İngiltərə çempionu titulunu qazanıb.

İdman.biz