İtaliya A seriyasında növbəti təxirəsalma

Xəbərlər
22 Aprel 2025 21:19
135
İtaliya A seriyasında növbəti təxirəsalma

İtaliya A seriyasının 34-cu turunun aprelin 26-da keçirilməli olan oyunları təxirə salınıb.

İdman.biz xəbər verir ki, buna səbəb Roma Papası Fransiskin ölümü ilə bağlı ölkədə elan olunmuş 5 günlük matəmdir.

Nəticədə "Komo" - "Cenoa", "İnter" - "Roma" və "Latsio" - "Parma" qeyri-müəyyən vaxta təxirə salınıb. Görüşlərin vaxtı sonradan dəqiqləşəcək.

Qeyd edək ki, A seriyasında 23-cü turunun dünən keçirilməli olan 4 matçı - “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Cenoa” - “Latsio”, “Parma” – “Yuventus” sabaha təyin olunub.

İdman.biz