"DÇ-2026-da futbola Kriştiano Ronaldo lazım deyil"

Xəbərlər
21 Mart 2025 19:48
102
"DÇ-2026-da futbola Kriştiano Ronaldo lazım deyil"

Niderlandlı veteran futbolçu Cimmi Floyd Hasselbaynk Kriştiano Ronaldoya məsləhət verib.

İdman.biz xəbər verir ki, o, portuqaliyalı ulduzun yığma karyerasını sonlandırmasının vacibliyini deyib.

"2026-cı il dünya çempionatında futbola Kriştiano Ronaldo lazım deyil. O, uzun müddət ən yaxşılardan biri olub. Amma Kriştiano yığmada oynamaqla özünə və gələcək nəslə zərər verir. Əgər məndən Messi, yoxsa Ronaldo arasında seçim et soruşsanız, mən onun adını çəkərəm. Bilirik ki, vaxtı çatanda getmək lazımdır. Məncə, bu zaman çoxdan çatıb. Ön xətdə təzyiq etmək lazımdır, amma o bunu etmir. Burada utanılası heç nə yoxdur. 40 yaşında futbol oynamaq özü böyük nailiyyətdir. Məncə nə vaxt Lionel Messi karyerasını bitirmək qərarına gələcək, Ronaldo da bu addımı atacaq", - deyə Hasselbaynk müsahibəsində bildirib.

Qeyd edək ki, Portuqaliya yığması dünən UEFA Millətlər Liqasının 1/4 finalının ilk oyununda Danimarkaya 0:1 hesabı ilə uduzub. Kriştiano 90 dəqiqə meydanda olub və komandasının heyətində ən aşağı bal alan futbolçu olub.

İdman.biz