“Qarabağ”ın 4 legioneri milliyə yollanıb

Xəbərlər
9 Oktyabr 2023 19:54
157
“Qarabağ”ın 4 legioneri milliyə yollanıb

Azərbaycan çempionu “Qarabağ”ın legionerləri ölkərlərin milli komandalarına dəvət alıblar.

İdman.biz saytı xəbər verir ki, Marko Yankoviç, Luka Qeqaşaşvili, Leandro Andrade və Patrik Andrade bu şansı əldə ediblər.

Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə AVRO-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına çıxış etmək imkanı qazanıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade isə Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq görüşlərində iştirak edə bilərlər.

İdman.biz