Braziliyalı futbolçu məhkəmə qarşısına çıxacaq

Xəbərlər
6 Oktyabr 2024 14:17
529
Braziliyalı futbolçu məhkəmə qarşısına çıxacaq

"Vest Hem"in braziliyalı futbolçusu Lukas Paketa məhkəmə qarşısına çıxacaq.

İdman.biz xəbər verir ki, İngiltərə mətbuatı dinləmənin mart ayında olacağını bildirib.

Mərc oyunlarında günahlandırılan Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlib. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Lukasın 60-a yaxın tanışı onun sarı vərəqə almasına pul qoyuluşu edib və 100 min funtdan çox qazanc əldə edib. Paketi isə bütün ittihamları rədd edib.

İdman.biz