Saka İngiltərənin 7:0 hesablı qələbəsindən danışdı: “Oynamaq həqiqətən də çox əyləncəli idi”

4 Oktyabr 2026 00:23
98
Saka İngiltərənin 7:0 hesablı qələbəsindən danışdı: “Oynamaq həqiqətən də çox əyləncəli idi”

İngiltərə millisinin futbolçusu Bukayo Saka UEFA Millətlər Liqasının üçüncü turunda Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada iki qol vuran Saka komandanın nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

“Bu, bizim üçün möhtəşəm axşam oldu. Əvvəldən dominantlıq etdik. Yüksək enerji və döyüşkən əhval-ruhiyyə ilə oynadıq və rəqibi cəzalandırdıq. Öz oyunumuz hamımızın çox xoşuna gəldi. Matç xüsusi alındı, oynamaq həqiqətən də çox əyləncəli idi. Biz enerjili hərəkət etdik və bu gün qapı qarşısında çox soyuqqanlı olduq. Məhz bu da həlledici amil oldu”, – deyə o, ITV-nin efirində bildirib.

Saka İngiltərə millisinin heyətində dubl etməsinin də xoş hiss olduğunu vurğulayıb: “İngiltərə millisinin heyətində iki qol vurmaq həmişə xoş hissdir, ona görə də çox razıyam. Düşünürəm ki, biz həm istəyi, həm əzmkarlığı, həm də malik olduğumuz ustalığı nümayiş etdirdik. Hər şey bir araya gəldi”.

Futbolçu komanda yoldaşları Cud Bellingem və Entoni Qordonun çıxışını da xüsusi qeyd edib.

“Düzünü desəm, bu gün Bellingem inanılmaz idi. O, İngiltərə millisində ilin oyunçusu adını almağa layiqdir, bu gün isə yəqin ki, matçın ən yaxşı oyunçusu adını da haqq edir. O, xüsusi idi. Onunla bir yerdə oynamağımdan və onun komandada olmasından şadam. Entoni Qordon da İngiltərə millisinin formasında indi özünü parlaq şəkildə göstərən başqa bir futbolçudur. Yanında belə oyunçuların olması və komandanın belə matçlar sərgiləməsi xoşdur”, – Saka əlavə edib.

O, qələbənin komandaya əlavə inam verəcəyini də söyləyib: “Öndə hələ üç oyun var, amma bu qələbə bizə mütləq böyük inam qazandıracaq və əldə olunan templi qorumağa kömək edəcək”.

İdman.Biz