“Barselona” ardıcıl altı görüşdə ümumi 21:6 hesabı ilə qalib gəlib

Xəbərlər
24 Sentyabr 2023 11:05
198
“Barselona” ardıcıl altı görüşdə ümumi 21:6 hesabı ilə qalib gəlib

"Barselona" La Liqanın 6-cı turunun oyununda evdə "Selta" üzərində qələbə qazanıb - 3:2. Beləliklə, Kataloniya klubu ümumilikdə 21:6 hesabı ilə ardıcıl altı qələbə qazanıb.

Son bir ayda "Barselona" La Liqada "Kadis" (2:0), "Vilyarreal" (4:3), "Osasuna" (2:1) və "Betis"i (5:0) məğlub edib. Xavinin komandası bu həftə Çempionlar Liqasının açılış matçında da "Antverpen" üzərində qələbə qazanıb - 5:0.

"Barselona" növbəti oyununu çərşənbə günü, sentyabrın 27-də keçirəcək. Xavinin komandası İspaniya çempionatında səfərdə "Malyorka" ilə qarşılaşacaq. Oyun saat 23:30-da başlayacaq.

Xatırladaq ki, ötən mövsüm “Barselona” “Real”ı 10 xal qabaqlayaraq La Liqanın qalibi olub. Kataloniyalılar Çempionlar Liqasında uğursuz çıxış ediblər - komanda "Bavariya", "İnter" və Çexiya "Viktoriya"sının çıxış etdiyi qrupdan çıxa bilmədi.

İdman.biz