"Qarabağ"ın rəqibinin baş məşqçisi "Bavariya"ya keçə bilər

Xəbərlər
15 Sentyabr 2023 11:12
88
"Qarabağ"ın rəqibinin baş məşqçisi "Bavariya"ya keçə bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso "Bavariya"da işləyə bilər.

Almaniyanın "Bild" nəşri xəbər verir ki, Tomas Tuxel getsə, Alonso "Bavariya"ya əsas namizəd olacaq.

Mənbənin sözlərinə görə, “Bavariya” rəhbərliyi Alonsonun böyük fanatıdır.

"Bavariya"nın sədri Karl-Haynts Rummenigge 41 yaşlı futbolçu haqqında yüksək fikirlər söyləyib, icraçı direktor Yan-Kristian Dresen isə onun şəxsiyyətinə və inkişafına heyran qalıb.

Həmçinin, klub rəhbərliyi müdafiəçi Yosip Stanisiçi "Bayer"ə icarəyə göndərib, çünki onlar futbolçunun yüksək səviyyəli oyunçuya çevrilməsinə kömək edəcək Alonsoya tam etibar edirlər.

Alonso 2022-ci ilin oktyabrından "Bayer Leverkuzen"i çalışdırır. Ötən mövsüm onun rəhbərliyi altında komanda 50 xalla altıncı yeri tutub. İspan mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Alonso “Bayer Leverkuzen”dən başqa “Real Sosyedad B” və “Real Madrid”in gənclər komandasını da çalışdırıb.

İdman.biz