ÇL-in biletləri: ən ucuzu 60 funta

Xəbərlər
9 Aprel 2024 22:19
166
ÇL-in biletləri: ən ucuzu 60 funta

UEFA Çempionlar Liqasını final matçının biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, ən ucuz biletin qiyməti 60 funt olacaq.

Finalda mübarizə aparacaq klubların azarkeşlərinə 25 min yer ayrılıb. Ən ucuz bileti məhz finalçıların fanatları əldə edəcəklər. Digər kateqoriyadan olan biletlərin qiyməti 160, 430 və 610 funt olacaq.

Qeyd edək ki, ÇL-un finalı iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq. Arenanın azarkeş tutumu 86 mindir.

İdman.biz