“Mançester Siti” və “Arsenal” səfərdə qalib gəlib

Xəbərlər
6 Aprel 2024 23:14
394
“Mançester Siti” və “Arsenal” səfərdə qalib gəlib

Bu gün İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

İdman.biz xəbər verir ki, “Mançester Siti” və “Arsenal” səfərdə qələbə qazanıb.

Son çempion “Kristal Pelas”a 4:2 hesabı ilə qalib gəlib. “Arsenal” isə “Brayton”un qapısından 3 cavabsız top keçirib. Bu nəticələrdən sonra London klubu 71 xalla 1-ci pilləyə yüksəlib. “Şəhərlilər”in hesabında 70 xal var. Eyni xala malik və bir oyun az keçirən “Liverpul” sabah “Mançester Yunayted”lə qarşılaşacaq.

İngiltərə Premyer Liqası
32-ci tur

“Kristal Pelas” – “Mançester Siti” – 2:4
“Aston Villa” – “Brentford” – 3:3
“Everton” – “Bernli” – 1:0
“Fulhem” – “Nyukasl” – 0:1
“Luton” – “Bornmut” – 2:1
“Vulverhempton” – “Vest Hem” – 1:2
“Brayton” – “Arsenal” – 0:3

İdman.biz