Berardi AVRO-2024-dən kənarda

Xəbərlər
4 Mart 2024 21:39
Berardi AVRO-2024-dən kənarda

İtaliya yığmasının yarımmüdafiəçisi Domeniko Berardo AVRO-2024-dən kənarda qalacaq.

İdman.biz xəbər verir ki, “Sassuolo”nun futbolçusu təxminən yarımil meydana çıxa bilməyəcək.

Berardi sabah cərrahiyə əməliyyatı keçirəcək. Bu barədə klubun mətbuat xitbətindən məlumat verilib. Bu mövsüm komandanın heyətində 18 oyunda meydana çıxan Domeniko 9 qol və 3 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Berardi 2018-ci ildən ölkə millisində çıxış edir və AVRO-2020-nin qalibi olub.

İdman.biz

Məqalədə: