Keynin dublu “Bavariya”ya ümid verib

Xəbərlər
24 Fevral 2024 23:48
169
Keynin dublu “Bavariya”ya ümid verib

“Bavariya” Almaniya Bundesliqasında 23-cü turunda qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Münhen klubu öz meydanında “Leypsiq”ə 2:1 hesabı ilə qalib gəlib.

“Pivəçilər”in hər iki qolunun müəllifi Harri Keyn olub. İngiltərəli hücumçu həlledici topu 90+1-ci dəqiqədə “Leypsiq”in qapısından keçirib. “Bavariya” liderlə xal fərqini 8-ə endirib.

Münhenqladbax “Borussiya”sı 5 oyundan sonra 3 xal qazanıb. Komanda “Bohum”u 5:2 hesabı ilə məğlub edib.

Almaniya Bundesliqası
23-cü tur

“Borussiya M” – “Bohum” – 5:2
“Ştutqart” – “Köln” – 1:1
“Union Berlin” – “Haydenhaym” – 2:2
“Verder” – “Darmştadt” – 1:1
“Bavariya” – “Leypsiq” – 2:1

İdman.biz