İlin ən yaxşı qapıçısı adına 10 namizəd açıqlandı

8 Sentyabr 2026 16:29
77
İlin ən yaxşı qapıçısı adına 10 namizəd açıqlandı

“France Football” 2026-cı ildə dünyanın ən yaxşı qapıçısına veriləcək mükafat üçün namizədləri açıqlayıb.

İdman.Biz xəbər verir ki, siyahıya 10 qolkiper daxil edilib. Onların arasında PSJ-nin qapıçısı Matvey Safonov, “Real”ın qolkiperi Tibo Kurtua, Argentina millisinin üzvü Emiliano Martines və DÇ-2026-nın ən yaxşı qapıçısı seçilən Unai Simon da var.

Namizədlərin tam siyahısı:
Vozinya
Unai Simon
David Raya
Joan Qarsiya
Qreqor Kobel
Eduar Mendi
Emiliano Martines
Matvey Safonov
Yassin Bunu
Tibo Kurtua

Mükafatı “France Football” tərəfindən ilin ən yaxşı qapıçısına təqdim olunur. 2025-ci ildə mükafatı Canluici Donnarumma qazanıb. Emiliano Martines 2023 və 2024-cü illərdə, Tibo Kurtua isə 2022-ci ildə bu mükafata sahib çıxıb.

2026-cı il “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İdman.Biz