Frimponq 3 klubun hədəfində

Xəbərlər
20 Fevral 2024 20:49
98
Frimponq 3 klubun hədəfində

“Bayer”in müdafiəçisi Jeremi Frimponq yayda komandasını dəyişə bilər.

İdman.biz xəbər verir ki, niderlandlı futbolçu ilə 3 klub maraqlanır.

“Real”, “Mançester Yunayted” və “Liverpul” 23 yaşlı sağ cinah oyunçusunun xidmətində maraqlıdır. Almaniya Bundesliqası və Avropa Liqasındakı çıxışı ilə diqqəti çəkən Frimponq İngiltərədə oynamağı arzulayır. Jereminin 60 milyon avroya transfer olunması gözlənilir. Onun Leverkuzen klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Frimponq 2021-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsümdə 28 oyunda 9 qol vurub, 9 ötürmə verib.

İdman.biz

Məqalədə: