Qətər ardıcıl 2-ci dəfə Asiyanın ən güclüsü olub

Xəbərlər
10 Fevral 2024 21:42
440
Qətər ardıcıl 2-ci dəfə Asiyanın ən güclüsü olub

Asiya kubokunun qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, Qətər yığması finalda İordaniyanı məğlub edib.

Qətərdə keçirilən turnirdə meydan sahibləri Afifin het-triki sayəsində qələbə qazanıblar. O, təyin olunan hər 3 penaltini dəqiq yerinə yetirib.

Qətər millisi ardıcıl ikinci dəfə Asiya kubokunda birinci olub. Komanda ilk dəfə 2019-cu ildə turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, Yaponiya millisi 4 dəfə Asiya kubokunun qalibi olmaqla, bu göstəricidə bütün rəqiblərini qabaqlayır.

Asiya kuboku
Final
İordaniya – Qətər – 1:3
Qollar:
Al Naimat, 67 – Afif, 22 (pen.); 73 (pen.); 90+5 (pen.)

İdman.biz

Məqalədə: