Argentinalı ulduz Lionel Messi yeni reklam çarxına çəkilib.
İdman.biz xəbər verir ki, “İnter Mayami”nin futbolçusu bu dəfə pivəni reklam edib.
O, reklam çarxının 30 saniyəsi üçün nə az, nə çox – 14 milyon qazanıb. Çarx ABŞ Superkubokunda nümayiş etdiriləcək.
Qeyd edək ki, həlledici matçda “Kansas Siti” ilə “San Fransisko” üz-üzə gələcək.
İdman.biz