Cənubi Koreya yığmasının baş məşqçisi Yurgen Klinsmann istefa vermək niyyətində deyil.
İdman.biz xəbər verir ki, o, bunu Asiya kubokunun yarımfinalında uduzduqdan sonra deyib.
Koreyalılar sensasiyalı şəkildə İordaniya komandasına 0:2 hesabı ilə uduzublar. Almaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında federasiya rəhbərliyi ilə vəziyyəti müzakirə edəcəyini bildirib: “Getmək niyyətim yoxdur. Turniri federasiya rəhbərliyi ilə təhlil edib, müsbət və mənfi tərəflərimiz barədə danışacağam. Dünya çempionatına kimi inkişaf etməliyik. Bizi irəlidə çox iş gözləyir”.
Qeyd edək ki, Klinsmann 2023-cü ilin fevralından Cənubi Koreya yığmasına başçılıq edir. Komandan onun rəhbərliyi altında keçirdiyi 19 oyunun 9-da qələbə qazanıb, 5 dəfə heç-heçə oynayıb, 5 dəfə uduzub.
İdman.biz
