Kaxaber Sxadadzenin yeni iş yeri məlum oldu

22 Noyabr 2026 01:19
34
Kaxaber Sxadadzenin yeni iş yeri məlum oldu

Azərbaycanda “İnter” və “Qəbələ” klublarını çalışdırmış Kaxaber Sxadadze Latviyanın “Liepaya” komandasının baş məşqçisi təyin olunub.

İdman.Biz xəbər verir ki, 58 yaşlı gürcüstanlı mütəxəssisin təyinatı komandanın məşqçilər korpusunda aparılan genişmiqyaslı dəyişikliklərin bir hissəsidir.

“Liepaya”nın yeni idman direktoru Andreys Butriks olacaq. Latviyanın sabiq milli futbolçusu Denis İvanovs isə Sxadadzenin köməkçilərindən biri kimi fəaliyyət göstərəcək.

İvanovs ötən mövsüm “Liepaya-2” komandasını çalışdırıb və onun Latviyanın birinci liqasına yüksəlməsinə nail olub.

Klubun rəhbərliyi 2026-cı il mövsümünün nəticələrindən sonra dəyişikliklərə qərar verib. “Liepaya” ölkə çempionatını 51 xalla beşinci pillədə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməyib.

Sxadadzenin son iş yeri “Qəbələ” olub. O, daha əvvəl Bakının “İnter” klubunu Azərbaycan çempionluğuna daşıyıb, həmçinin Gürcüstan millisi, Tbilisi “Dinamo”su və Qazaxıstan klublarında çalışıb.

Qeyd edək ki, gürcüstanlı mütəxəssis futbolçu karyerasında Almaniyanın “Ayntraxt” və İngiltərənin “Mançester Siti” klublarının da formasını geyinib.

İdman.Biz