Benzema: "Messini tənqid edənin futboldan xəbəri yoxdur"

Xəbərlər
5 Fevral 2024 12:17
515
Benzema: "Messini tənqid edənin futboldan xəbəri yoxdur"

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema Lionel Messini tənqid edənlərin cavabını verib.

İdman.biz xəbər verir ki, Millətlər Liqasının qalibi olan fransalı argentinalı ulduzun ancaq tərifə layiq olduğunu deyib.

Benzema bildirib ki, Messini bəyənməyənlər bu idman növünə baxmasalar yaxşı olar: "Onu tənqid edənin futboldan xəbəri yoxdur. Onlar ümumiyyətlə, futbol haqda heç nə bilmirlər".

"Əl-İttihad"ın oyunçusu “İnter Mayami” ilə “Əl-Nəsr” arasında yoxlama matçında Messinin meydana girməsini tələb edən azarkeşlərə isə haqq qazandırıb.

Qeyd edək ki, Honq-Konqda keçirilən matçda fanatlar Messinin meydanda olmaması səbəbindən ABŞ klubunu fitə basıblar. 38 minə yaxın tamaşaçının izlədiyi oyunun ikinci hissəsində “Biz Messini istəyirik” şüarları səsləndirilib və 83-cü dəqiqədə argentinalı meydana daxil olub. “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun adı isə “18-liy”ə belə salınmayıb.

İdman.biz