Linqard Cənubi Koreya klubuna keçir

Xəbərlər
2 Fevral 2024 09:16
3 560
Linqard Cənubi Koreya klubuna keçir

“Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard karyerasını Cənubi Koreyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi “Seul” klubuna keçəcək.

Azad agent statusuna malik 31 yaşlı futbolçu asiyalılarla müqaviləni razılaşdırıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanacaq. Türkiyə və Səudiyyə Ərəbistanından da təkliflər alan Linqard Cənubi Koreyaya üstünlük verib.

Qeyd edək ki, Cessi ötən mövsümdə “Nottinhem Forest”də çıxış edib. O, 20 matçda 2 qol vurub.

İdman.biz

Məqalədə: