Fekirin transferini təxirə salan SƏBƏB

Xəbərlər
31 Yanvar 2024 19:53
371
Fekirin transferini təxirə salan SƏBƏB

Fransalı yarımmüdafiəçisi Nabil Fekirin Səudiyyə Ərəbistanına transferi alınmayıb.

İdman.biz xəbər verir ki, o, mövsümün sonuna kimi “Betis”də çıxış edəcək.

Fekirlə “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad” maraqlanırdı. Onun “Əl-İttihad”a keçidi üçün Jotanın komandanı tərk etməsi tələb olunurdu. Portqaliyalı futbolçu ilə vidalalaşmaq alınmadığı üçün Fekir planı təxirə salınıb.

Qeyd edək ki, fransalı futbolçu 2023/2024 mövsümündə cəmi 5 oyundan “Betis”in heyətində meydana çıxıb. O, bu görüşlərdə bir ötürmə ilə yadda qalıb.

İdman.biz