Ronaldo sevgilisinə 100 min dollarlıq ad günü hədiyyəsi verib - FOTO

31 Yanvar 2024 12:40
749
Ronaldo sevgilisinə 100 min dollarlıq ad günü hədiyyəsi verib - FOTO

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə aldığı ad günü hədiyyəsi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu bir neçə gün əvvəl 30 illik yubileyini qeyd edən xanım öz sosial şəbəkə səhifələrində açıqlayıb.

Corcina ulduz futbolçunun bahalı hədiyyəsinin şəklini paylaşıb. Ronaldo ona “Jacob Co” brendinin elektron siferblatlı qol saatı bağışlayıb. Bahalı qaşlarla bəzədilən bu hədiyyənin təxmini qiyməti 100 min dollardır.

Qeyd edək ki, Kriştiano və Corcina 2016-cı ildən birgə yaşayır.

İdman.biz