Jiru Çempionlar Liqasının tarixinə düşdü

14 Oktyabr 2026 20:13
89
Jiru Çempionlar Liqasının tarixinə düşdü

Fransalı hücumçu Olivye Jiru Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

İdman.Biz xəbər verir ki, 40 yaşlı futbolçu turnirin tarixində 40 və daha yuxarı yaşda meydana çıxan ilk fransalı oyunçu olub.

Jiru bu uğura sabiq klubu "Lill"in heyətində “Arsenal”la qarşılaşmada nail olub. Görüşün 78-ci dəqiqəsində meydana daxil olan təcrübəli hücumçu tarixi göstəriciyə imza atıb.

Qeyd edək ki, qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz