Mourinyo Vinisiusla münasibətlərində xüsusi strategiya seçib

14 Oktyabr 2026 19:38
76
Mourinyo Vinisiusla münasibətlərində xüsusi strategiya seçib

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı futbolçusu Vinisius Juniorla münasibətlərə xüsusi diqqət yetirir.

İdman.Biz xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Abraham Romero məlumat verib.

Onun sözlərinə görə, Mourinyo Vinisiusun həm meydandakı, həm də paltardəyişmə otağındakı nüfuzunu nəzərə alaraq futbolçu ilə etibarlı münasibətlər qurmağa çalışır.

“Xabi Alonso ilə Vinisius arasında münasibətlər korlananda çoxları səhvən düşünürdü ki, məşqçi futbolçunun bütün istəklərini qeyd-şərtsiz yerinə yetirməli idi. Amma məsələ heç də bunda deyildi.

Söhbət paltardəyişmə otağının ən vacib futbolçusundan, emosional baxımdan bütün komandaya liderlik edən oyunçudan gedirdi. Bu, əsas amildir. Joze Mourinyo da əvvəllər Karlo Ançelotti və Alvaro Arbeloa kimi, həm Vinisiusun, həm də bütün komandanın potensialından maksimum yararlanmaq üçün braziliyalı ilə isti və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağı şüurlu şəkildə seçib”, – deyə Romero bildirib.

İdman.Biz