Kukurelya Vinisiusun qırmızı vərəqəsinə istehzalı reaksiya verib

12 Oktyabr 2026 05:37
89
Kukurelya Vinisiusun qırmızı vərəqəsinə istehzalı reaksiya verib

İspaniyanın “Real Madrid” futbol komandasının müdafiəçisi Mark Kukurelya komanda yoldaşı Vinisius Juniorun “Vilyarreal”la qarşılaşmada meydandan qovulmasına istehzalı münasibət bildirib.

İdman.Biz xəbər verir ki, hadisə La Liqanın səkkizinci turunda keçirilən və Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda baş verib.

İkinci hissədə Vinisius rəqib futbolçu Natan Salibanın saçından dartdığı üçün birbaşa qırmızı vərəqə alıb. Braziliyalının həmin hücum zamanı vurduğu qol isə VAR yoxlamasından sonra ləğv edilib.

Hadisədən sonra Kukurelya baş hakimə müraciət edərək zarafatla bildirib:

“Ümid edirəm ki, mənim başımdakı bircə saç telinə belə toxunsalar, siz onlara da qırmızı vərəqə göstərəcəksiniz”.

“Madrid Zone” nəşrinin yaydığı bu açıqlama sosial şəbəkələrdə diqqət çəkib.

Qeyd edək ki, Vinisiusun meydandan qovulmasına baxmayaraq, “Real Madrid” son dəqiqələrdə üstünlüyünü qoruyaraq “Vilyarreal” üzərində minimalhesablı qələbə qazanıb.

İdman.Biz